BolgeXeber.Com » Ölkə » Azərbaycanda yeni medallar təsis edilib

Azərbaycanda yeni medallar təsis edilib

30-10-2018, 13:45
Oxunub: 2 377 Azərbaycanda yeni medallar təsis edilibAzərbaycanda yeni medallar təsis edilib.

Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının diplomatik xidmətə verilən töhfəyə görə" medalının və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Hər iki dəyişiklik səsə qoyularaq qəbul edilib.