Ulduz falı: riskli sövdələşmələrdən uzaq olun
31-10-2018, 09:22
Oxunub: 2 662
Göstərilən müddətdə yalnız istirahətə fikir verin
QOÇ - Ən müxtəlif sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.
BUĞA - Mövcud sıxıntılarınız qlobal planlarınızın reallaşmasına mane olur. Yaxşı şeylər haqqında düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.
ƏKİZLƏR - Yaxşı olar ki, əsas vaxtınızı maliyyə istiqamətində xərcləyəsiniz. Bütün variantları gözdən keçirin. Əyləncəyə, yaxud uzaq səfərlərə aludə olmaq yaramaz. Ulduzların bu tövsiyələrini qulaqardına vurmayın.
XƏRÇƏNG - Nahara qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizə ola bilər.
ŞİR - Atacağınız addımlarda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Nəzərə alın ki, indiki durumda sizə güclü olmaq lazımdır. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.
QIZ - Naharaqədərki dövrdə mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Bu səbəbdən də hər xırda məsələyə ciddi reaksiya verməməlisiniz. Saat 15-dən sonra maraqlı görüşləriniz gözlənilir.
TƏRƏZİ - Müəyyən qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.
ƏQRƏB - Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq. Bu gün səfərə çıxmayın.
OXATAN - Kifayət qədər sərfəli gündür. Təzə və əlverişli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.
OĞLAQ - Məhəbbət müstəvisində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.
SUTÖKƏN - Fəaliyyətlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.
BALIQLAR - Kosmik fonun ümumi mənzərəsi gərginlikdən xəbər verir. O üzdən bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər