BolgeXeber.Com » Xəbərlər » “Novco” Şirkətlər Qrupunun rəhbərindən ŞİKAYƏT – onları “maaş üzünə həsrət qoydu”

“Novco” Şirkətlər Qrupunun rəhbərindən ŞİKAYƏT – onları “maaş üzünə həsrət qoydu”

31-10-2018, 12:20
Oxunub: 1 766 “Novco” Şirkətlər Qrupunun rəhbərindən ŞİKAYƏT – onları “maaş üzünə həsrət qoydu”Azərbaycan Çimərlik Federasiyası idmançılara nə maaş verir, nə də məşqləri üçün şərait yaradır

Unikal.org-un əldə etdiyi məlumata görə, “Novco” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzinin rəhbəri olduğu Azərbaycan Çimərlik Federasiyasının futbolçuları cəmi 3 ay maaş ala bilir.

3 ay – yay fəsili ərzində fəaliyyət göstərən qurum daha sonra 9 ay sükuta qərq olur. Bu müddət əzində isə idmançılar hər biri başqa sahələrdə çalışaraq öz maddiyyatını təmin etməyə çalışırlar. Vəziyyət o hala gəlib ki, qurum yerli çempionatlar keçirmir. Əslində isə çimərlik futbolunu inkişaf etdirmək üçün xarici ölkələrdə olduğu kimi, qış stadionları tikilməli, futbolçulara hər ay davamlı olaraq maaş ödənilməlidir. Yalnız, bu zaman futbolçulardan uğur gözləməyə dəyər.

Qeyd edək ki, AÇF dolayı yolla AFFA-nın nümayəndəliyidir. “Novco” Şirkətlər Qrupunun prezidenti və yaradıcısı Fərid Novruzi 2008-ci ildən Azərbayan Çimərlik Federasiyasının prezidentidir.