loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İçərişəhərdəki restoranların bağlanması ilə bağlı ilginc iddialar

 İçərişəhərdəki restoranların bağlanması ilə bağlı ilginc iddialarİçərişəhərdə Kiçik Qala küçəsində olan restoranların fəaliyyəti dayandırılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, restoranların fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu, ərazidə yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Idarənin əməkdaşı Zeynəb Cahan “Trend”ə açıqlamasında söyləyib: “İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala Qapısının yaxınlığında yerləşən restoranların fəaliyyəti dayandırılıb. Yenidənqurma işləri bitdikdən sonra həmin obyektlər yenidən fəaliyyətə başlayacaq”.

İdarə rəsmisi onu da əlavə edib ki, həmin restoranlar İçərişəhərə məxsus deyil, şəxsi obyektlər kimi fəaliyyət göstərir.

“Yeni Müsavat”a daxil olan məlumatlara görə, restoranların bağlanma səbəbi heç də birmənalı olaraq yenidənqurma işləri ilə bağlı deyil. Belə ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev havanı çirkləndirən məişət obyektləri barəsində də fikir bildirmişdi. “Havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. Axşam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur.

Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək”.

Məlumatlara görə, İçərişəhərdəki obyektlər də məhz bu qaydalara əməl etmədiyi üçün qapadılıb. Məlumdur ki, İçərişəhər ərazisi turistlərin də ən çox maraq göstərdiyi tarixi yerdir. Bu baxımdan ərazidə hər gün tüstünün, qoxunun yayılması normal hesab edilməyib. Bu barədə ərazidə yaşayan sakinlər bildiriblər ki, restoranlardan hər gün ətrafa qoxu, tüstü yayılırmış.

Sakinlərin sözlərinə görə, səbəblərdən biri də qiymətlərlə bağlı ola bilər. Oradakı restoranlarda qiymətlər baha olduğu üçün turistlərin də narazılığına səbəb olub. Bundan əlavə, yayılan məlumatlara görə, bəzi restoranların vergidən yayınma halları da araşdırılır. Məlumdur ki, həmin restoranlar sadə vətəndaşlara deyil, oliqarxlara bağlıdır.

“Yen Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli də bildirib ki, bu restoranlar tüstünün qarşısını almaq üçün ya avadanlıq quraşdırmalı, ya da bağlanmalı idilər: “Ümumiyyətlə, əslində dünyanın hər yerində şəhərin mərkəzi hissələrində bu cür restoranlar var. Lakin xarici ölkələrdə bu restoranların hamısı texniki normalara əməl edirlər. Turistlərin gəlməsi, ətraf mühitə ziyan verməmək baxımından tədbirlərini görməlidirlər. Bu tədbirlər görülübsə, restoranların da fəaliyyətində problem olmaz. Dünyanın istənilən yerində şəhərin mərkəzində kafelər fəaliyyətdədir ki, bu, turizmin inkişafına da müsbət təsir göstərir. Ona görə də bunu birdəfəlik qadağan etmək deyil, müəyyən standartlara uyğunlaşdırmaqla problemi həll etmək lazımdır”
Bölmə: Analitika | 31 oktyabr 2018 14:14 | Baxış sayı: 92





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: