loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Bu gün qadınları fahişəliyə cəlb edən əməkdar və xalq artistləri tanıyıram...”

“Bu gün qadınları fahişəliyə cəlb edən əməkdar və xalq artistləri tanıyıram...”“Qadın prodüserlər pul qazana bilməyəndə insanları başqa yola cəlb edirlər”

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Ə.Mirəliyev bildirib ki, bu adamların etdikləri Azərbaycan qadınlarına qarşı soyqırımdır:

“Prodüserlər kimdir ki, veriliş aparır, qadın alveri edir. Qabaqlarlar “adminstrasiya” sözü var idi, heç o vaxtlar “prodüser” sözü işlətməmişik. Qadın prodüserlər pul qazana bilməyəndə insanları başqa yola cəlb edirlər. Müğənnilərdə də belə hadisələr olub, anaları, bacıları qadın alverinə görə həbsdə yatıb. Bunlarınki asan yolla pul qazanmaqdır. Başa düşmürlər ki, xalqın gənc qızlarını fahişləyilə cəlb etməklə onları məhv edirlər. Əlli ildən sonra başa düşəcəklər ki, onlar Azərbaycan qadınına qarşı soyqırım ediblər. Çünki uşağı qadın doğur və onlar da fahişəliyə cəlb olunursa və o, bir neçə dəfə abort etdirəndən sonra o millətin gələcəyi necə olacaq?

Allah var yuxarıda belə etmək olmaz axı. Getsinlər başqa işlə məşğul olsunlar. Qadınlarımızı fahişəliyə cəlb etməklə pul qazanırlar, bunlara ayıb deyilmi? Bizim hüquq-mühafizə orqanlarımızdan xahiş edirəm bu məsələlərə ciddi yanaşsınlar. Bu gün qadınları fahişəliyə cəlb edən əməkdar və xalq artistlər var, bunların hamısını bilirəm və istəmirəm adlarını çəkim. Niyə axı bunlar qadınlarımızı bədbəxt edib Dubaya göndərirlər?

Ə.Mirəliyev aparıcıları da tənqid edib:

“Aparıcılara baxın, kişilərdə “qadınlaşma” gedir, qadın kimidirlər, elə bil bunlar kişi deyil. Bunlara kim icazə verib ki, efirə çıxırlar. Bizdə aparıcı yoxdu ki? Guya bunlar müasirdi. Müsair dövrdə kişi-kişini sevər? Belə olmaz, bu müasirliyi mən qəbul etmirəm. Gənclərimiz də onlara baxıb korlanır, onlar da özlərini qadın kimi aparmağa başlayırlar. Üzlərin makiyaj edirlər, sırğa taxırlar, qulaqlarını kəsdirirlər başqa nəyi deyim? Neçə illərdir bunları dediyimə görə məni pisləyirlər. Deyirlər ki, Əli müəllim köhnə kişilərdəndir. Kişinin köhnəsi-təzəsi olmur, kişi ya olur, ya da olmur”.
Bölmə: Müsahibə-Reportaj | 31 oktyabr 2018 15:21 | Baxış sayı: 66





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: