BolgeXeber.Com » Bölgə » Tərtərdə 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olundu-FOTO

Tərtərdə 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olundu-FOTO

31-10-2018, 16:58
Oxunub: 5 118 Tərtərdə 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü  qeyd olundu-FOTOƏvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad etdilər

Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.
Bolgexeber.com xəbər verir ki,tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov öncə tədbir iştirakçılarını salamladı. Kənd Təsərrüfatı İşçiləri Günü münasibəti ilə bu sahədə çalışan hər kəsi təbrik etdi və onlara kənd təsərrüfatının inkişaf etdirilməsində, gələcək işlərində uğurlar arzuladı. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən və əldə olunan uğurlardan danışdı. Bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.

Tədbirdə Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, “MKT İK” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev, Azərpambıq” MMC-nin Tərtər filialının direktoru Fəqani Babışov, “AZ AQRO kənd” MMC-nin direktoru Zəfər Nəsirov, fermer Mirzə Cümşüdov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Tərtər rayonunda bu sahədə həyata keçirilən lahiyələri diqqətə çatdırdılar. Möhtərəm Prezidentimizə kənd təsərrüfatı işçilərinə göstərilən diqqət və qayğıya görə tərtərlilər adından minnətdarlıqlarını bildirdilər.
Sonra rayon rəhbəri tərəfindən kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup şəxs Fəxri Fərmanla təltif olundu.