BolgeXeber.Com » Siyasət » Qarabağa qanunsuz səfər edən belçikalı deputat “qara siyahı”ya salınacaq

Qarabağa qanunsuz səfər edən belçikalı deputat “qara siyahı”ya salınacaq

31-10-2018, 17:48
Oxunub: 3 056 Qarabağa qanunsuz səfər edən belçikalı deputat “qara siyahı”ya salınacaqAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır

Bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, hazırda Belçikadan qanunsuz səfər edənlər araşdırılır:

“Qanunsuz səfərə görə onların adlarının “arzuolunmaz şəxslərin siyahısı”na daxil edilməsinə dair qərar qəbul ediləcək”.

Xatırladaq ki, ötən gün Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.