Mərhum bəstəkarın xanımı: “O mahnıları baha qiymətə satacam…”
1-11-2018, 16:49
Oxunub: 4 499
Mərhum bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbər onun hələ də ifa olunmayan mahnılarından danışıb.
Yenicag.az-a açıqlama verən Aybəniz xanım həmin mahnıları yüksək qonorara satacağını bildirib:
“Tahirin heç yerdə səslənməyən mahnıları var. Tahir heç vaxt mahnılarını satmadı, elə ona görə də həyatımızda çox çətinliklər yaşadıq. Amma mən onun yeni mahnılarını satacağam, özü də yüksək məbləğə.
Azərbaycandan bir çox müğənnilər Tahirin mahnılarını oxumaq üçün bizə ağız açdılar. Lakin çoxundan xəbər çıxmadı. İndi də mən israrlıyam, onların heç birinə mahnı vermək fikrim yoxdur. Həmin mahnıları Türkiyədə satacam.
Nə mənə, nə də Tahirin qızına maraqlı deyil ki, burada onun mahnılarını oxudular, ya oxumadılar. Artıq qərarımı vermişəm. Bir yaxşı söz var, sağlığında qiymət verin insanlara.
Sağlığında Takir Əkbərə qiymət verməyən sənətçilər indi bizim üçün maraqsızdırlar. Onlar yalvarsalar da, bu mahnıları oxuya bilməyəcəklər”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə