BolgeXeber.Com » Mədəniyyət » ARB TV-nin aparıcısının geyimi qonaqları kölgədə qoydu - VİDEO

ARB TV-nin aparıcısının geyimi qonaqları kölgədə qoydu - VİDEO

1-11-2018, 16:54
Oxunub: 5 461 ARB TV-nin aparıcısının geyimi qonaqları kölgədə qoydu - VİDEOARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Aynur Dadaşova olub.

AZXEBER.COM xəbər verir ki, ifaçı, 7 il efirlərdən uzaq olma səbəbindən danışıb:

"Bir gün Masallıdan toydan gecə gəldim. Oğlum o zaman balaca idi, 4 yaşı olardı. Səhər uşağın mənə bir baxışı oldu... Dedi ki, "Ana getmə də..” Dedim ya evdə xətrinə dəyən var, ya darıxır, ya da uşağa mənim kimi baxmırlar. Ananın ürəyinə yüz fikir gəlir axı. Öz anama qıymamışam. Köməkçim olub və uşağıma da o baxıb. Sözün düzü, çox yorulmuşdum. Gecə saat 3-də toydan gəl, başqa ölkəyə konsertlərə get və s. bunlar məni yorurdu. İndi həmin yorğunluq yenə də var”.

Verilişin xanım aparıcısının gödək geyimi böyük müzakirələrə səbəb olub. Həmin kadrları təqdim edirik: