Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək
2-11-2018, 09:52
Oxunub: 3 813
Mütləq Döyüş Çempionatının (UFC) prezidfenti Deyn Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədovun cəzası ilə bağlı gözlənilənlər haqqında fikir bildirib.
Bolgexeber.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, Uayt Nurməhəmmədovun Konor Makqreqor ilə keçirilən yarışdan sonra dava salmasına toxunaraq deyib: "Hər şey Nevada Atletizm Komissiyasının əlindədir. Bilmirəm, nə olacaq. Dekabrda bilinəcək. Ümid edirəm edirəm ki, Həbibi 6 aylıq yarışlardan uzaqlaşdıracaqlar".
O, UFC-nin rusiyalı döyüşçüyə əlavə sanksiyalar tətbiq etməyəcəyini də vurğulayıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında döyüşdən sonra zalda dava düşüb. Həbib Konora qalib gələndən sonra irlandiyalının ona söz atan və təhqir edən məşqçilərini vurduğu üçün cərimə olunub. Həm o, həm də Makqreqor müvəqqəti olaraq döyüşlərdən kənarlaşdırılıblar. Nurməhəmmədova döyüşdən qazandığı qonorarın cəmi 50 faizi ödənilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər