“Bakı Bus”un qapı dərdi: – Sərnişinlərə hörmətsizlikdir
2-11-2018, 18:07
Oxunub: 3 457
“Bakı Bus” avtobuslarında sürücülərin ön qapının yalnız bir layını açması tez-tez sərnişinlər arasında narazılığa səbəb olur
Bakı Nəqliyyat Agentliyi bunun sərnişinlər avtobusa minərkən təhlükəsizliyin və rahatlığın təmin edilməsi üçün edildiyini rəsmən açıqlayıb. Agentlikdən bildirilib ki, tək qapının açılması sərnişinlərin salona daxil olan zaman növbəlilik prinsipinə əməl etmələri üçündür.
Lakin sərnişinlər, sosial şəbəkə istifadəçiləri qurumun bu açıqlamasının heç bir məntiqə uymadığını bildiriblər.
Bu barədə Axar.az-a danışan yol-nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, qapının yalnız bir layının açılması ödənişlə bağlı olan məsələdir:
“Dəfələrlə şahidi olmuşam ki, sərnişinlər sıx olanda kimsə ödəniş etmədən içəri daxil olur. “Bakı Bus” böyük ehtimalla bu kimi hallar yaşanmasın deyə qapının bir layını açır. Bir növ, süni maneə yaradırlar ki, insanlar avtobusa bir-bir daxil olsun və ödənişin təmin olunması rahat şəkildə həyata keçsin.
Həqiqətən də ön qapı tam açıq olduqda avtobusa eyni anda bir neçə sərnişin daxil olur. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edən sərnişin olaraq, bu qərarın tərəfdarı deyiləm. İstənilən halda avtobusun ön qapısının hər iki layı açılmalı və insanlar rahat şəkildə salona daxil olmalıdırlar”.
Ekspert sərnişinlərə qarşı inzibati qaydada tədbir görülməsini doğru hesab etmədiyini bildirib:
“Təəssüf ki, bizim ictimai nəqliyyatda bəzi hallarda liberal qaydalardan sui-istifadə edən sərnişinlər də var. Buna baxmayaraq, hesab etmirəm ki, bir və ya bir neçə sərnişinə görə digər sərnişinlərə hörmətsizlik edilməli, onların avtobusa rahat minmə imkanları məhdudlaşdırılmalıdır. Şirkət ödənişdən yayınmalara qarşı alternativ üsullardan istifadə etməlidir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər