BolgeXeber.Com » Dünya » Yaponiyada ada yoxa çıxdı

Yaponiyada ada yoxa çıxdı

3-11-2018, 10:53
Oxunub: 2 859 Yaponiyada ada yoxa çıxdıYaponiyanın şimalında yerləşən Esanbe Hanakita Kojima adası yoxa çıxıb.

Qaynarinfo xəbər verir ki, Hokkaydonun şimalındakı kənddən 0,5 km məsafədə yerləşən adanın hansı səbəbdən yoxa çıxması araşdırılır. İlkin təxminlərə görə, ada dalğalarla aşına və ya dəniz səviyyəsi yüksəldiyi üçün su altında qalmış ola bilər.

Qeyd edək ki, Esanbe Hanakita Kojima dəniz səviyyəsindən 1,5 m yüksəklikdə yerləşirdi və Yaponiyadakı 158 kimsəsiz adadan biri idi.