BolgeXeber.Com » Dünya » Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək – VİDEO

Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək – VİDEO

3-11-2018, 12:02
Oxunub: 2 973 Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək – VİDEONorveçin poçt operatoru robot poçtalyonlar hazırlayan “Buddy Mobility” startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Qeyd edək ki, “Buddy Mobility” startapının robot poçtalyonları təkərli qutunu xatırladır. Saatda 6 km/saat sürətlə hərəkət edən robot poçtalyon gündə 100 ünvana poçt bağlaması çatdıra bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “itc.Robot evə yaxınlaşmazdan öncə bağlamanı qəbul edən şəxsə xüsusi mobil tətbiq vasitəsilə mesaj göndərir. Mesajla göndərilmiş kod poçt və ya bağlamanın olduğu bölməni açmağa imkan verir. Robot bütün poçt bağlamalarını ünvanına çatdırdıqdan sonra batareyasını enerji ilə doldurmaq üçün ən yaxın poçt şöbəsinə geri qayıdır və yeni poçt bağlamalarının yüklənməsini gözləyir.

Robot poçtalyon Konqsberq şəhərinin rayonlarından birində sınaq rejimində istifadəyə veriləcək.