BolgeXeber.Com » Siyasət » Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi

Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi

3-11-2018, 12:04
Oxunub: 3 093 Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdiBelarus prezidenti Aleksandr Lukaşenko görüşlərin birində qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin onun ayaqqabısı ilə maraqlandığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə BELTA agentliyinin məlumatında deyilir.
O, dövlət başçıları ilə görüşləri xatırladaraq, onların adətən İtaliya və digər ölkələrin istehsalı olan ayaqqabılara üstünlük verdiyini vurğulayıb.

“Belə görüşlərin birində Nazarbayev ayaqqabıları haradan aldığımı soruşdu. Mən isə dedim ki, yerli istehsaldır. Lakin Nazarbayev inanmadı və dedi ki, ola bilməz. Məcbur olub ayaqqabımı çıxarıb ona istehsalçının brendini göstərdim”, – deyən Lukaşenko yerli mallara üstünlük verdiyini xüsusi vurğulayıb.