BolgeXeber.Com » Siyasət » Qaşıqçını öldürən dəstənin rəhbəri müəyyənləşdi

Qaşıqçını öldürən dəstənin rəhbəri müəyyənləşdi

3-11-2018, 13:54
Oxunub: 3 061 Qaşıqçını öldürən dəstənin rəhbəri müəyyənləşdiWall Street Journal" Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlində iştirak edən qrupa rəhbərlik edən şəxsin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, məlumatda vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın yaxın şəxslərindən və baş məsləhətçisi kimi çalışan Suud Əl Kahtaninin qətlə rəhbərlik etdiyi iddia edilir. Cinayətdə iştirak edən şahzadənin digər yaxın adamı kəşfiyyat şöbəsinin sədr köməkçisi Əhməd Əl Assiridir. Hadisədən sonra hər iki şəxs vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabrda İstanbulda yerləşən Səudiyyə konsulluğunda qətlə yetirilib. Qətldə ittiham edilən 18 nəfər həbs edilib.