BolgeXeber.Com » İdman » Floyd Meyvezer MMA-də ilk döyüşünü keçiricək

Floyd Meyvezer MMA-də ilk döyüşünü keçiricək

5-11-2018, 09:37
Oxunub: 2 655 Floyd Meyvezer MMA-də ilk döyüşünü keçiricəkAmerikalı boksçu Floyd Meyvezer dekabrın 31-i Yaponiyanın Tokio şəhərində "Rizin" təşkilatı çərçivəsində MMA qarışıq döyüş növü qaydaları ilə ilk döyüşünü keçirəcək.

Trend-in məlumatına görə, bu barədə "Rizin"in xüsusi mətbuat konfransında bildirilib.

İlk döyüşdə Floyd Meyvezerin rəqibi yaponiyalı kikboksçu Tensin Naçukava olacaq. 20 yaşlı T.Naçukava MMA-də 4 döyüş keçirib və hamısında qələbə qazanıb.