BolgeXeber.Com » Dünya » Son iki gündə Yəməndə gedən döyüşlərdə 150-dən çox insan həlak olub

Son iki gündə Yəməndə gedən döyüşlərdə 150-dən çox insan həlak olub

5-11-2018, 11:17
Oxunub: 2 315 Son iki gündə Yəməndə gedən döyüşlərdə 150-dən çox insan həlak olubYəmənin hakimiyyət orqanları liman şəhəri Hodeydada son 2 gündə husilərlə hökumət qüvvələri arasında gedən döyüşlərdə hər iki tərəfdən ümumilikdə 150-dən çox insanın həlak olduğunu bildiriblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hava və artilleriya zərbələri ilə üsyançıların limanın ətrafındakı mövqeləri atəşə tutulub. Hökumət qoşunları qiyamçıları sıxışdırmağa çalışır.

Məlumata görə, Bayda və Saada vilayətlərində də həmçinin qızğın döyüşlər başlayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla müharibəyə 2015-ci ildə cəlb edilib. Bu illər ərzində Yəməndə gedən vətəndaş müharibəsində təxminən 10000 insan həlak olub.