BolgeXeber.Com » İqtisadiyyat » Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblər

Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblər

5-11-2018, 15:52
Oxunub: 2 583 Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblərNoyabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ictimai xidmətlər Sumqayıt şəhərində də göstərilib

Komitədən Bolgexeber.com-a bildirilib ki, şəhərin 17-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 2 yaşayış binasının sakinləri “Kütləvi çıxarış” kampaniyasının fürsətlərindən istifadə ediblər.

Məlumata əsasən, 16 mərtəbəli, 180 mənzilli və tək girişli binada yaşayan 110 vətəndaş komitənin səyyar xidmət ofisinə müraciət edib. Sakinlərin 50-nə mənzillərinə dair hazır çıxarışlar təqdim olunub. Yaşayış binasında yaşayan digər 60 sakindən çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində 40 sakinə həm də hüquqi xidmətlər göstərilib. Səyyar ofisə müraciət edən vətəndaşların sualları komitə əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılıb. Onlara qeydiyyatla bağlı sənədlər, aparılan prosedurlar, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumatlar verilib.

Qeydiyyat xidmətlərinin yaşayış yerlərinə, birbaşa ünvanlara aparılması sakinlərin vaxtına qənaəti təmin edir. Başqa sözlə, vətəndaşlar məişət və işgüzar fəaliyyətdən uzaqlaşmadan əlçatan və sürətli xidmətlərdən yararlanırlar.

Yaşayış komplekslərində göstərilən belə xidmətlər sayəsində vətəndaşlar geniş formada mənzillərini qeydiyyata alırlar. Bu halda əsas üstünlük ondan ibarətdir ki, çıxarışı olan daşınmaz əmlak sahibinə əlavə imkanlar yaradılır.

Nəticədə, qeydiyyata alınmış əmlak bazarda daha inamlı mövqe tutur. Mənzil üzərində mülkiyyət hüququna sahib olan vətəndaş mənzilindən yaşayış üçün istifadə etməklə yanaşı, onu tam rahatlıqla iqtisadi əməliyyatlara cəlb edə bilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə qeydiyyata alınmış daşınmaz əmlakların sayını artıran digər sosial tədbir “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasıdır.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı noyabrın 5-8 –də saat 09:00-dan 17:00-a qədər Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsidir (Bələdiyyənin inzibati binasının qarşısı).

Komitə əməkdaşları tərəfindən sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.

Qeyd olunub ki, Abşeron rayonu və paytaxt üzrə 16 kənd və qəsəbədə keçirilən aksiyada yüzlərlə vətəndaş komitənin müvafiq xidmətlərilə təmin edilib.
Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblər
Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblər
Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblər
Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblər
Sumqayıt sakinləri “Kütləvi çıxarış” kampaniyasından istifadə ediblər