"Lotu Quli" Rusiyaya təhvil verilir: Azərbaycan imtina etdi
6-11-2018, 12:43
Oxunub: 1 921
Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun müqəddəratı bəlli olub.
Bolgexeber.com xəbər verir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, Səlifovun Rusiyaya təhvil veriləcəyi dəqiqləşib.
Qarşıdakı günlərdə onun ekstradisiyası rəsmiləşəcək.
Qeyd edək ki, oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Nadir Səlifovun üzərindən Azərbaycan pasportu çıxıb. Bu səbəbdən "Lotu Quli”nin əvvəlcə ölkəmizə təhvil veriləcəyi gözlənilsə də, Azərbaycan tərəfi bundan imtina edib.
Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. Bu ittihamlarla Rusiya "Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə