BolgeXeber.Com » Xəbərlər » İcra başçı sələfinin kadrını vəzifəsindən uşaqlaşdırdı

İcra başçı sələfinin kadrını vəzifəsindən uşaqlaşdırdı

7-11-2018, 12:58
Oxunub: 2 313 İcra başçı sələfinin kadrını vəzifəsindən uşaqlaşdırdıBeyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayev sələfi Vaqif Abdullayevin yaxın kadrını vəzifəsindən azad edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Asif Ağayevin müvafiq əmri ilə, başçının köməkçisi vəzifəsində çalışan Məmmədov Tofiq Canbaxış oğlu vəzifəsindən kənarlaşdırılıb. Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısının digər əmri ilə, Tofiq Məmmədov İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunub. Hələlik Beyləqan rayon İcra hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, xəbəri Beyləqan rayon İcra hakimiyyətindən təsdiqləyiblər.