BolgeXeber.Com » Bölgə » Hacıqabulda Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib-FOTO

Hacıqabulda Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib-FOTO

7-11-2018, 13:24
Oxunub: 4 325  Hacıqabulda Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib-FOTO07.11.2018-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə “Bayrağımdan güc alıram” adlı tədbir keçirildi

Tədbirdə mədəniyyət işçiləri, 10 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etdilər. Əvvəlcə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə açılmış sərgiyə tamaşa edildi, Bayraq gününə həsr olunmuş Mərkəzdə hazırlanan aylıq bülliten tədbir iştirakçılarına təqdim olundu.Tədbiri giriş nitqi ilə Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva açdı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra Mərkəzin əməkdaşı Xanım Ağayeva və rayon MKS-nin 2 saylı kitabxana filialının əməkdaşı Aygün Əsgərova geniş məruzə ilə çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 2009-cu ilin noyabr ayında cənab Prezident İlham Əliyevin imzaladığı sərancama əsasən hər il noyabr ayının 9-zu Azərbaycanda Dövlət Bayrayı günü qeyd olunur. Çıxışlar bitdikdən sonra 10 saylı tam orta məktəbin şagirdlırinin ifasında şeirlər səsləndirildi.

Aytən Zülfəliyeva, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru