BolgeXeber.Com » İdman » “Real” “Barselona”ya üç qol vurub finala çıxdı VİDEO

“Real” “Barselona”ya üç qol vurub finala çıxdı VİDEO

27-02-2013, 10:50
Oxunub: 5 090 "Kral kuboku"nun 1/2 final mərhəsəlisinin cavab matçında "Real"ı qəbul edən "Barselona" 1:3 hesabı ilə uduzub.İspaniyada “Kral kuboku”nun yarımfinal mərhələsinin təkrar oyunları start götürüb.
İlk oyun günündə əzəli rəqiblər – “Barselona” ilə “Real” üz-üzə gəlib.
Bu komandaların Madriddəki ilk görüşü 1:1 hesabı ilə başa çatıb. “Barselona”nı finala çıxmaq üçün 0:0 hesablı heç-heçə də qane edirdi. Amma oyunu yüksək səviyyədə keçirən “Real” “Nou-Kamp”da rəqibinin qapısına üç qol vuraraq finala çıxıb. “Barsa” isə bu qollardan birinin əvəzini yalnız matçın sonlarında çıxa bilib.
Finalda “Real”ın rəqibi bu gün “Sevilya” ilə “Atletiko” cütlüyünün qalibi olacaq.
27 fevral
00:00. “Barselona” – “Real” (Madrid) – 1:3
(ilk oyun – 1:1)
Qollar: Ronaldo, 13-pen, (0:1), 56, (0:2), Varan, 68, (0:3), Alba, 89 (1:3)
“Barselona”: Pinto, Dani Alves, Pike, Puyol (k), Xordi Alba, Buskets, Xavi, Fabreqas, Pedro, İnyesta, Messi.
“Real”: Dieqo Lopes, Varan, Serxio Ramos, Kuentran, Xedira, Ronaldu, Özil, Xabi Alonso, Arbeloa, İquain, Di Mariya.

Qol.Az