BolgeXeber.Com » Xəbərlər » Gəncəyə yeni baş memar təyin olunub

Gəncəyə yeni baş memar təyin olunub

7-11-2018, 17:16
Oxunub: 1 831 Gəncəyə yeni baş memar təyin olunubGəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

“Report” xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun imzaladığı əmrə əsasən, bu vəzifəyə Elxan Məmmədov təyin edilib.

Şəhərin əvvəlki baş memarı Əli Rüstəmli olub.

N.Bayramovun digər əmri ilə icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə Səbinə Axundova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə isə Ramil Orucov təyin edilib.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.