BolgeXeber.Com » İdman » "Qarabağ" "Vorskla" ilə qarşılaşacaq - Avropa Liqası

"Qarabağ" "Vorskla" ilə qarşılaşacaq - Avropa Liqası

8-11-2018, 09:24
Oxunub: 3 243 "Qarabağ" "Vorskla" ilə qarşılaşacaq - Avropa LiqasıBu gün "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Report" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşacaq. "Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək.

Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi hər üç oyunda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:4, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.

Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.

"Vorskla” Ukrayna çempionatının sonuncu turunda səfərdə "Lvov”u 2:0 hesabı ilə məğlub edib. "Qarabağ” isə "Sumqayıt”ı eyni hesabla üstələyib.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)

Baş hakim: Sandro Şörer

Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda

Dördüncü hakim: Raffael Tseder

Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)

Hakim-inspektor Edqar Ştaynborn (Almaniya)

UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka)

Aleksey Butovski adına stadion