loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bütün dünyanı lərzəyə gətirən bu sərkərdənin ad günü keçirilir - VİDEO

Bütün dünyanı lərzəyə gətirən bu sərkərdənin ad günü keçirilir - VİDEOÇingiz xanın 856 yaşı tamam olur

Monqolustanda məşhur sərkərdə Çingiz xanın ad günü keçirilir.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı "Monqolustan indi" nəşri yayıb.

Mənbə yazır ki, bu gün Monqolustanda iş günü sayılmır. Bütün xalq bir vaxtlar dünyanı lərzəyə gətirən sərkərdə Çingiz xanın 856 illiyini qeyd edir.

Çingiz xan 1162-ci il noyabrın 8-də dünyaya gəlib. 1227-ci il avqust ayının 11-də dünyasını dəyişən sərkərdənin qəbrinin yeri heç kəsə məlum deyil.

Görkəmli Monqol hökmdarı və sərkərdəsi olan Çingiz xan monqol qəbilələrini bir bayraq altında birləşdirərək insanlıq tarixində ən böyük dövlət olan Böyük Monqol imperiyasını (1206-1368) qurub.

Çingiz xanın mәşhur bir sitatı var: “Bir mismarı kiçik bilmә, bir mismar bir nalı, bir nal bir atı, bir at bir sәrkәrdәni, bir sәrkәrdә bir ordunu, bir ordu da bir dövlәti xilas edir".

Bölmə: Dünya | 08 noyabr 2018 11:56 | Baxış sayı: 40





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: