BolgeXeber.Com » Xəbərlər » “Bu şəhərdə” şok yaşadı - Tamaşaçı iflic oldu-VİDEO

“Bu şəhərdə” şok yaşadı - Tamaşaçı iflic oldu-VİDEO

10-11-2018, 11:14
Oxunub: 1 679 “Bu şəhərdə” şok yaşadı - Tamaşaçı iflic oldu-VİDEO"Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında hazırda keçirilən konsertində insident yaşanıb

Kult.az xəbər verir ki, konserti Rafail və Coşqun Aygün və Rəhimin parodiyası ilə açıblar. Daha sonra aparıcı Saleh Bağırovun təqdimatında "Turanbank" və "Meqafon" tərəfindən tamaşaçılar arasında keçirilən oyunun ilk qalibinə hədiyyə təqdim olunub. Bunun ardınca Elgiz və Əli Mirəliyevin parodiyası üçün efirə çıxan Rafael və Coşqun çıxışı yarımçıq kəsməyə məcbur olublar. Belə ki, tamaşaçılardan biri özündən gedib.

Dərhal təcili yardım çağırılıb. Bəlli olub ki, epilepsiya xəstəliyi olan 30 yaşlarında gənc iflic keçirib. Ona ilkin yardım göstərildikdən sonra zaldan çıxarılıb və təcili yardıma təhvil verilib.