Dünya şahmat tacı uğrunda ilk görüş heç-heçə ilə yekunlaşıb
10-11-2018, 12:25
Oxunub: 3 158
İngiltərənin paytaxtı Londonda şahmat üzrə dünya çempionu adı uğrunda görüşlərə start verilib.
"Report"un məlumatına görə, şahmat tacı üçün hazırkı çempion, norveçli Maqnus Karlsenlə İddiaçılar Turnirini qazanmış amerikalı Fabiano Karuana mübarizə aparır. İlk partiya 115-ci gedişədək və 7 saatdan çox davam edib. Karuana ağ fiqurlarla Karlsenlə heç-heçə edib. Sonuncu dəfə açılış oyununun belə hesabla bitmədiyi görüş 2010-cu ilə təsadüf edib. Həmin vaxt bolqarıstanlı Veselin Topalov hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandı yenib.
Qeyd edək ki, Maqnus Karlsen Fabiano Karuana ilə noyabrın 28-dək daha 11 partiyada üz-üzə gələcək. Bu müddətdə yekun qalib müəyyənləşməsə, qısaldılmış nəzarət vaxtı ilə daha 4 partiya keçiriləcək. Tay-breykdə hesab yenə bərabər olsa, tərəflər daha 10 partiya blits, 1 partiya "armageddon" oynayacaqlar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə