BolgeXeber.Com » İdman » "Real" "Selta"nı darmadağın etdi - VİDEO

"Real" "Selta"nı darmadağın etdi - VİDEO

12-11-2018, 09:54
Oxunub: 3 503 "Real" "Selta"nı darmadağın etdi - VİDEOİspaniya La Liqasında 12-ci turunda "Selta" doğma meydanda "Real Madrid" komandasını qəbul edib

Oyun zədələrlə yadda qalıb. Belə ki, oyunun 19-cu dəqiqəsində qonaqların futbolçusu Kazemiro zədələnərək yerini Sebalyosa verdi.

23-cü dəqiqədə isə fransız hücumçu Benzema oyunda hesabı açdı. 45-ci dəqiqədə sol cinah müdafiəçisi Reqilon da zədə ucbatından oyunu tərk edib. Onun yerinə "Real"ın heyətində Xavi Sançes oyuna daxil olub.

İkinci taymın 56-cı dəqiqəsində Benzema qüvvətli zərbə endirib və top müdafiəçi Kabrala dəyərək qapıya daxil olub. Hesab 0:2 olub.

Lakin cəmi 5 dəqiqə sonra "Selta"nın kapitanı Malyo hesabı minimum endirib. 71-ci dəqiqədə qonaqların heyətində daha bir müdafiəçi, Naço, zədələnərək yerini Asensioya verib. 83-cü dəqiqədə digər müdafiəçi və "Real"ın kapitanı Ramos penalti zərbəsini yenə "Panenka" stilində vurub və hesabı artırıb.

87-ci dəqiqədə "Selta"nın oyunçusu Kabral ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan istifadə edən qonaqlar əsas vaxta əlavə olunan vaxtda fərqi daha da artırıb. Bu dəfə Sebalyos fərqlənib. Oyunda son nöqtəni isə "Selta"nın futbolçusu Mendes qoyub. Matç 2:4 hesabı ilə başa çatıb.

Belə də, "Real" 20 xalla 6-cı yerdə, "Selta" isə 14 xalla 12-ci pillədə məskunlaşıb.