BolgeXeber.Com » Dünya » Qaşıqçının son sözləri: Boğuluram, başımdan bu çuvalı çıxarın...

Qaşıqçının son sözləri: Boğuluram, başımdan bu çuvalı çıxarın...

12-11-2018, 10:52
Oxunub: 2 870 Qaşıqçının son sözləri: Boğuluram, başımdan bu çuvalı çıxarın...Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində dedikləri məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə materialı “Əl-Cəzirə” telekanalına Türkiyənin “Daily Sabah” qəzetinin müxbiri Nazif Karaman ötürüb.

Audioyazıdan bəlli olur ki, Qaşıqçı həyatının son dəqiqələrində “Boğuluram... Bu çuvalı başımdan çıxarın, klaustrofobiyam var” sözləri deyir.

Karaman bildirib ki, jurnalistin qətli 7 dəqiqə davam edib. Onun sözlərinə görə, tezliklə “Daily Sabah” sözügedən audioyazıdan parçaları yayacaq.

Qeyd edək ki, Qaşıqçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13.14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb.