BolgeXeber.Com » Sosial » Qarabağ qazisi "Bank of Baku"ya görə böyrəyini satışa çıxarır... - DƏHŞƏT

Qarabağ qazisi "Bank of Baku"ya görə böyrəyini satışa çıxarır... - DƏHŞƏT

12-11-2018, 17:38
Oxunub: 2 690 Şəki şəhəri, D.Bünyadzadə küçəsi, ev 88-də yaşayan 2-ci qrup Qarabağ Müharibəsi əlili Abduləli Əhmədəli oğlu Rəsulov DİA.AZ-a və bir sıra dövlət qurumlarının rəhbərlərinə “Bank of Baku” ASC ilə bağlı şikayət məktubu ünvanlayıb. Həmin müraciəti təqdim edirik:

"Mən, Abduləli Rəsulov 1-ci Qarabağ Müharibəsi iştirakçısıyam. Müharibə zamanı bir sıra orden və medallarla təltif edilmişəm. Döyüşlərin birində ağır yaralanmış və bir böyrəyimi itirmişəm. Ona görə də ağır fiziki işlə məşğul ola bilmədiyimə görə yaxın dost-tanışların mənə sahibkarlıqla məşğul olmaq üçün bir dükan açıb işlətməyimə köməklik etdilər. Birtəhər dolanıdrdım. Hərdən “Bank of Baku” ASC-nin Şəki rayon filialından manatla kiçik məbləğli kreditlər götürüb işimi davam etdirirdim. Nümunəvi kreditor olduğum üçün bank yenə məni dəvət edib 2014-cü ilin sentyabrın 18-də 10000 ABŞ dollar kredit verməyi təklif etdi. Məbləğin çoxluğuna etiraz etsəm də məni bank işçiləri narahat olmamağa, az-az ödəniş etməklə biznesimi genişləndirməyi tövsiyə etdilər.Hansı ki, bankın qanunvericiliyə görə xarici valyuta ilə kredit verməyə səlahiyyəti çatmır. Hər ay 700 dollar əvəzinə ardıcıl olaraq 800 dollar pulu banka ödəməkdə davam edirdim. Budur, 2015-ci ilin fevralında baş vermiş ilk devalvasiyadan sonra qərara aldım ki, əlimdə olan bütün əmlakımı satıb banka olan qalan borcumu dərhal ödəyim. “Bank of Baku” ASC-nin Şəki filialınınm mərkəzi ofisində fikrimi bildirdim ki, devalvasiyadan əvvəlki kursa banka qalan borcumu tam olaraq dərhal ödəyim. Rəhbərlik mənimlə razılaşmadı. Mən də cavab olaraq banka 03 mart 2015-ci il tarixli məktubla yazdım ki, yeni kursla bankın borcunu ödəyə bilməyəcəyəm. Bank da öz növbəsində “borcun ödənilməsi” barədə yerli məhkəməyə müraciət etdmişdir. Şəki rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsinə görə mənim banka olan 7287 ABŞ dollar əsaa borcumun və 1425 dollar müştərək qaydada ödənilməsi qət edilmişdir.

Cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağ Müharibəsində itirdiyim sağlamlığımı və hazırda müalicəyə sərf etdiyim xərci nəzərə alaraq banka borcumun əvvəlki qaydada tam ödəyib yekunlaşdırmağım üçün köməklik göstərəsiniz.

Məlum edirəm ki, hazırda mənim maliyyə vəziyyətim ağır olduğuna görə bank ödənişini həyata keçirə bilmirəm və məcburam ki, erməni gülləsindən itirdiyim böyrəyimdən sağ qalan digər böyrəyimi satışa çıxarıb “Bank of Baku”ASC-yə ödəyim ki, bu dünyadan borclu getməyim".

Bolgexeber.com olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...