BolgeXeber.Com » Media » 259 nəfər selfi üzündən ölüb

259 nəfər selfi üzündən ölüb

13-11-2018, 10:24
Oxunub: 3 493 259 nəfər selfi üzündən ölübSon 6 ildə 259 nəfər selfi etmək istəyərkən həyatını itirib.

Bolgexeber.com xeberler.az-a istinadən bildirir ki, belə bir məlumat "BBC"də yer alıb. 2011-2017-ci illəri əhatə edən araşdırmalara görə, dünyanın müxtəlif yerlərində selfi üçün həyatını riskə atan insanların əksəriyyəti sosial şəbəkə hesablarında daha çox "like" toplamaq üçün çəkilişdən ötrü hündür yerlərə üstünlük verirlər. Ölümlərin çox da elə bu səbəbdən baş verir.

Sonuncu dəfə ötən ay ABŞ-da 18 yaşlı Tomer Frankfurter 250 metr yüksəklikdən, iyulda isə 19 yaşlı Qavin Zimmerman Avstraliyada uçurumdan yıxılaraq dünyasını dəyişib