BolgeXeber.Com » Müsahibə-Reportaj » Əli Məsimli: “Təmir-tikinti” adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir”

Əli Məsimli: “Təmir-tikinti” adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir”

13-11-2018, 14:57
Oxunub: 4 270 Əli Məsimli: “Təmir-tikinti” adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir”Milli Məclisdə büdcə müzakirələrində deputat Aqiyə Naxçıvanlı uşaq pulunun bərpası barədə təşəbbüslə çıxış etdi

Həmçinin o, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılmasını təklif etdi.

Deputat Əli Məsimli büdcənin neftdən asılılığının davam etməsindən narahatlığını vurğuladı. Dedi ki, Neft Fondundan büdcəyə vəsait ayrılması başadüşüləndir, ancaq büdcəni formalaşdırarkən başqa mənbələrdən də istifadə etmək lazımdır: “Məsələn, “kölgə iqtisadiyyatı”nı cəmi 10 faiz aşağı salmaqla büdcəyə 8 milyard cəlb etmək, bu vəsaitlərin sayəsində əlavə yüz milyonlar qazanmaq olar. Həmçinin korrupsiayaya qarşı daha ciddi mübarizə aparmaqla yüz milyonlarla əlavə vəsait cəlb etmək mümkündür”.

Ə.Məsimli bildirdi ki, “təmir-tikinti” adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir: “O sahələrə iki-üç dəfə əlavə vəsait ayırmağın da heç bir mənası yoxdur. Həmin vəsaitlərin Azərbaycan iqtisadiyyatına heç bir töhfəsi olmur”.

Ə.Məsimli bildirdi ki, Azərbaycanda elmə ayrılan vəsait 0,16 faiz təşkil edir. Dedi ki, əgər biz elmi inkişaf etmək istəyiriksə, elmin maliyyələşdirilməsini sıfır trayektoriyasından çıxartmaq lazımdır. Həmçinin deputat elm sahəsində çalışanların əməkhaqqının artırılmasını da zəruri saydı.