Nazir: Bütün növ pensiyalar artırılacaq
13-11-2018, 16:13
Oxunub: 2 969
Azərbaycanda bütün növ pensiyalar artırılacaq.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə (MM) jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, Azərbaycanda bütün pensiyalar faizlərlə indeksasiya edilərək artırılacaq.
Nazir sonra şəhid hərbi qulluqçularla bağlı yaranmış problemə toxunub və qeyd edib ki, əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul edib, şəxsən dinləyib:
“Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”.
Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır:
“Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər.
Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz, qanuna görə bunun üçün beş il müddət nəzərdə tutulur, beş ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir.
Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə