Bu il Azərbaycanda yol qəzaları zamanı 527 nəfər ölüb
13-11-2018, 17:34
Oxunub: 1 677
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,4 faiz azalaraq 1771 nəfər olub. Həmin hadisələrdə 527 ölüb, 1244 nəfər isə xəsarət alıb.
Hadisələrin 40,4 faizi gündüz, 40,0 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Məlumatda qeyd olunur ki, yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 407 nəfər, yaralananların sayı isə 0,8 faiz azalaraq 1172 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 44,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi (5,5 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 21,3 faizi (2,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,2 faizini, yaralananların isə 74,5 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 32 hadisə baş verib, nəticədə 13 nəfər ölüb, 31 nəfər yaralanıb. Belə hadisələrin 71,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər