BolgeXeber.Com » Xəbərlər » Nazir müavini vəzifəsindən azad edildi - İlqar Rəhimov 20 illik kreslosunu itirdi

Nazir müavini vəzifəsindən azad edildi - İlqar Rəhimov 20 illik kreslosunu itirdi

13-11-2018, 20:10
Oxunub: 3 498 Nazir müavini vəzifəsindən azad edildi - İlqar Rəhimov 20 illik kreslosunu itirdiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Bolgexeber.com-un unikal.org-a istinadən məlumatına görə, İlqar Rəhimov 10 gündür tutduğu vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, İ.Rəhimov 1999-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin I müavini vəzifəsində çalışıb. 1999-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti olub.