BolgeXeber.Com » Media » Teleradio Şurası televerilişlərin və aparıcıların "qara siyahı”sını hazırladı
Teleradio Şurası televerilişlərin və aparıcıların "qara siyahı”sını hazırladı
14-11-2018, 10:56
Oxunub: 3 483
"Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı da məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri daim diqqətdə saxlayırıq”.
Bolgexeber.com xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Nuşirəvan Məhərrəmli bildirib ki, radio və televiziyalarda aşkarlanan nöqsanlarla bağlı irad hər zaman olub:
"Dil normalarına riayət edilməsi bizim üçün çox vacibdir. Zaman-zaman ədəbi dil qaydalarının pozulması barədə iradlarımızı bildiririk. Deyərdim ki, bu məsələ hər birimiz üçün aktualdır. Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə müəyyən dəyişikliklər olacaq. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır”.
Qeyd edək ki, son zamanlar televiziya kanallarında yayımlanan bəzi verilişlər və aparıcılarla bağlı ictimaiyyətdə narazılıqlar səngimir.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes