loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu - Video

Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu - VideoUkrayna milli komandasının və Donetsk "Şaxtyor"unun futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin "Mavi əbədiyyət" ("Sinyaya veçnost") mahnısını ifa edib

27 yaşlı müdafiəçi məşhur musiqini yığmanın UEFA Millətlər Liqasında qrup qalibi adını vaxtından əvvəl qazanaraq, elit diviziona və "play-off"a vəsiqə qazanması şərəfinə səsləndirib.

Bu münasibətlə təşkil olunmuş gecədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və baş məşqçi Andrey Şevçenko da iştirak edib. Krivtsovun komandaya dəstək məqsədilə oxuduğu mahnı gur alqışlarla qarşılanıb.

Qeyd edək ki, Ukrayna yığması Millətlər Liqasında son matçını noyabrın 16-da Slovakiyaya qarşı keçirəcək. Noyabrın 20-də isə Türkiyə ilə yoldaşlıq görüşü nəzərdə tutulub. (report)


Bölmə: BÖLGƏ TV | 14 noyabr 2018 14:07 | Baxış sayı: 422





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: