BolgeXeber.Com » Sosial » AAAF Park-da 2 gündür işıq problemi var - GİLEY

AAAF Park-da 2 gündür işıq problemi var - GİLEY

15-11-2018, 11:08
Oxunub: 2 880 AAAF Park-da 2 gündür işıq problemi var - GİLEYAAAF Park Yaşayış kompleksində bir neçə ay öncə də eyni problemlər yaşanmışdı

AAAF Park Yaşayış kompleksinin sakinləri dünən işıqsız qaldıqları üçün redaksiyamıza müraciət edib. Onlar “Qafqazinfo”ya bildirib ki, elektrik enerjisinin kəsilməsinə şirkətin havalar soyuq olduğu, istilik verilmədiyi üçün işıq xətlərinə yüklənməni öncədən nəzərə almamasıdır:

“Dünən axşam bir neçə saat işıqsız qaldıq. Bu gün də artıq 5 saata yaxındır ki, işıq yoxdur. Hər qış öncəsi eyni problemlər olur. İstilik olmur və işıq xətlərinə yüklənmələr artır. Transformatorlar partlayıb deyirlər. Buna heç nəzərət etmirlər. Eyni hal nə qədər yaşana bilər? Hər dəfə bu problemlər ortaya çıxır. Soyuq vaxtı istilik yox, işıqlar da sönüb. Nə etməliyik biz?”.

Qeyd edək ki, AAAF Park Yaşayış kompleksində bir neçə ay öncə də eyni problemlər yaşanmışdı.