BolgeXeber.Com » Şou-Biznes » “Miss Azerbaijan – 2013”ün təşkilatçısı kimləri tənqid etdi?

“Miss Azerbaijan – 2013”ün təşkilatçısı kimləri tənqid etdi?

28-02-2013, 18:55
Oxunub: 4 539 “Miss Azerbaijan – 2013” gözəllik müsabiqəsini populyar model Validə Abbasova təşkil edəcək. Verdiyi açıqlamasında o, yarışma barədə, həmçinin bəzi zövqsüz ifaçılar haqda danışıb. "Pulla zövq almaq mümkün deyil. Bizim maliyyə imkanlarımız olsaydı, “Miss Azerbaijan” dünyanın ən yaxşı yarışması olardı. Bizdə yalnız zövqsüz müğənnilərin, ya da xarici rəqqasələrin iştirakı ilə düzənlənən müsabiqələrdə pul qazanmaq mümkündür. Sonra da bunu televiziyada göstərirlər. Öz mədəni, zövqlü, gözəl modellərimizi isə çox az adam dəstəkləyir. Fürsətdən istifadə edib, onlara təşəkkürümü bildirirəm. İstənilən halda biz əlimizdən gələni edirik. Gördüyümüz işlərin qiymətini bilənlər var – həm burda, həm də gözəlliyi sevən ölkələrdə”.



Press24.az