Nyu-York sakini lotereyada 343 milyon dollar udub
15-11-2018, 11:40
Oxunub: 3 401
Nyu-York sakini 67 yaşlı Robert Beyli Amerikada “Powerball” lotereyasının qalibi olub
25 il ərzində “Powerball” biletləri alan R.Beyli bu müddətdə həmişə eyni rəqəmlərin kombinasiyasından istifadə edirmiş. Nəhayət, bu kombinasiya ona inanılmaz uğur gətirib. Budəfəki tirajın cek-potu 700 milyon dollara yaxın olub. Beyli bu məbləği Texasdan olan bir qadınla bölüşəcək.
AZƏRTAC “Powerball” lotereyasının təşkilatçılarına istinadla xəbər verir ki, Beyli lotereya biletini Harlemdəki mağazaların birində alıb. Uzun illər boyu lotereya oynayan Beyli indiyə qədər bir dəfə 30 min dollar udub.
Qalib oyunçunun sözlərinə görə, lotereyada istifadə etdiyi rəqəmlərin kombinasiyası heç də təsadüfi deyil. 25 il bundan əvvəl ona bu rəqəmləri yaxın qohumlarından biri verib. Beyli inanırdı ki, bu kombinasiya gec-tez ona uğur gətirəcək. Beləliklə, bütün zəruri tutulmalar ödənildikdən sonra ona 198 milyon dollar çatacaq.
Qeyd edək ki, “Powerball” lotereyasının uduş tirajları hər həftənin çərşənbə və şənbə günlərində keçirilir. Budəfəki uduş məbləği Nyu-York ştatının tarixində ən böyük məbləğdir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər