BolgeXeber.Com » Şou-Biznes » “Maşın”da kimlər olacaq? - “Yox” deyənlər daha çoxdur...

“Maşın”da kimlər olacaq? - “Yox” deyənlər daha çoxdur...

15-11-2018, 13:41
Oxunub: 10 451 “Maşın”da kimlər olacaq? - “Yox” deyənlər daha çoxdur...ATV-də yayımlanacaq "Maşın şou"nun başlamasına sayılı günlər qalıb.

Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, qalmaqallı, müzakirələrə səbəb olan layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.

Belə ki, ötən sezon bilməyərək əlini maşından götürən meyxanaçı Ələkbər Yasamallı yenidən yarışmada iştirak edəcək. Bu məqamda bildirək ki, aparıcı Murad Dadaşov elə ötən sezonda meyxana ustadının gələn şouda da yer alacağını elan etmişdi.

Bundan əlavə, son zamanlar populyarlaşan bloqqer-aktyor Taleh Yuzbeyovun da layihədə iştirak edəcəyi qeyd edilir. Dəqiq siyahının layihə rəhbəri tərəfindən bir neçə həftə sonra açıqlanacaq.