BolgeXeber.Com » Xəbərlər » Prezident yeni Təşkilat Komitəsi yaratdı, Baş nazirin müavini və nazirlərə yeni vəzifə verdi - SİYAHI

Prezident yeni Təşkilat Komitəsi yaratdı, Baş nazirin müavini və nazirlərə yeni vəzifə verdi - SİYAHI

15-11-2018, 18:08
Oxunub: 2 104 Prezident yeni Təşkilat Komitəsi yaratdı, Baş nazirin müavini və nazirlərə yeni vəzifə verdi - SİYAHIBu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri
Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Nuşirəvan Məhərrəmov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
Azay Quliyev
- Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.


2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.