BolgeXeber.Com » Xəbərlər » Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

16-11-2018, 10:12
Oxunub: 1 701 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 15-də ölkədə 102 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.