BolgeXeber.Com » Xəbərlər » Ölkədə bir gündə 117 cinayət baş verib

Ölkədə bir gündə 117 cinayət baş verib

17-11-2018, 11:41
Oxunub: 1 583 Ölkədə bir gündə 117 cinayət baş veribNoyabrın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin cinayətlərin 11-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.