loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanılıb - VİDEO

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanılıb - VİDEOGürcüstanın Rustavi şəhərində “oğru aləmi”nə üzvlükdə ittiham olunan 1980-ci il təvəllüdlü, əvəllər məhkum olunmuş A.Q. adlı azərbaycanlı saxlanılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Qardabani rayon sakininə hədə-qorxu gələrək ondan 3 min dollar məbləğində pul tələb edib. Məbləğin ödənilməyəcəyi təqdirdə, o, həmin şəxsin Rustavidə və Lilo bazarındakı obyektinə, evinə və avtomobilinə ziyan vuracağı ilə bağlı şantaj edib.

DİN iki şəxs arasında olan telefon danışığının səs yazısını da yayıb.

A.Q. adlı şəxsin “qanuni oğru” “Lotu Quli”nin adından hədə-qorxu gəldiyi məlum olub.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanılıb - VİDEO
Bölmə: Xəbərlər | 17 noyabr 2018 15:01 | Baxış sayı: 57





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: