loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ramil Quliyev Türkiyə ordusunda

Ramil Quliyev Türkiyə ordusundaAtletika üzrə azərbaycanlı dünya və Avropa çempionu Ramil Quliyev Türkiyədə hərbi xidmət keçib.

Oxu.Az xəbər verir ki, 417 əsgər arasında Türkiyəni təmsil edən Ramil Quliyevlə yanaşı iş adamı Aydın Doğanın nəvəsi Alihan Yalçındağ da olub.

Quliyev Instagram-da türk dilində bu barədə bunları yazıb:

“Hər türk əsgər doğar! Vətən borcumu tamamlayıb bu gün (dünən) tərxis oldum. Bu gün əsgərlik vəzifəsini tamamlayan bütün mehmetçik qardaşlarımı da təbrik edirəm. Və bütün mehmetçiklərə yaxşı xidmətlər arzulayıram”.

Bundan sonra idmançının izləyiciləri olan türklər Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq buna görə Ramil Quliyevə təşəkkürünü bildiriblər.

Qeyd edək ki, bu 417 əsgərin hərbi xidməti bədəlli olub. Onlar andiçmədən sonra evə buraxılıb.
Bölmə: Dünya | 17 noyabr 2018 15:17 | Baxış sayı: 104





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: