XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

DİQQƏT! Bəzi şadlıq sarayları bağlanacaq – VİDEO

DİQQƏT! Bəzi şadlıq sarayları bağlanacaq – VİDEOPaytaxtda şadlıq saraylarının çox oldugu küçələrdə axşam vaxtı rahat gəzmək olmur

Buna səbəb isə restoranlardan çıxan tüstüyə görə, göz-gözü görmür, hətta nəfəs almaq belə çətinləşir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında maraqlı süjet yayımlanıb.
Sakin: “Boğulursan, restoranın yanından keçəndə bilmirsən hansı tərəfdən keçəsən”.

Sakin: “Ekologiyaya ziyandır, insanların səhhətinə ziyandır”.

Nüsrət Qasımov – Ekspert: “Burda karbon 4 oksid əvəzinə karbon monoksid əmələ gəlir. O da çox zəhərləyici maddədir. 1-ci növbədə qaz işlədiciləri tənzimləmək lazımdır”.

Məhərrəmlik ayının başa çatmasından sonra şadlıq saraylarının fəaliyyəti yenidən genişlənib. Xüsusilə də paytaxtda fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Nəticədə axşam hava almaq üçün küçəyə çıxanlar təmiz hava əvəzinə zəhərli qazları qəbul edirlər.

Telman Zeynalov – Ekoloq: “Yaxşı da pul qazanırsan qazan da, camaata niyə əziyyət verirsən? Qoyarsan filteri, sourar, onunla da iş bitər”.

Xatırladaq ki, ETSN 4-5 ay öncə paytaxtdakı şadlıq evlərinə havatəmizləyən qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin hələ də qaydalara əməl etməyib, tüstüləməyə davam edən restoranlar var. Çəkiliş etdiyimiz şadlıq saraylarının rəhbərləri isə müxtəlif bəhanələr göstərir.

ETSN 9 şadlıq sarayının fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırıb. Araşdırmalarsa davam edir. Görünür bu siyahı daha da genişlənəcək.

Bölmə: Analitika | 19 noyabr 2018 17:30 | Baxış sayı: 193





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: