BolgeXeber.Com » İdman » Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq

20-11-2018, 09:36
Oxunub: 3 226 Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaqBu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.

“Report”un məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).

Beləliklə, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

UEFA Millətlər Liqası

D liqası, III Qrup

VI tur

23:45. Kosovo - Azərbaycan

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu

Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed

Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. “Fadil Vokrri” stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.