BolgeXeber.Com » Xəbərlər » YAP-ın yaradılmasının 26-cı ildönümü münasibəti ilə Hacıqabul rayonunda tədbir keçirildi

YAP-ın yaradılmasının 26-cı ildönümü münasibəti ilə Hacıqabul rayonunda tədbir keçirildi

20-11-2018, 14:08
Oxunub: 3 665 YAP-ın yaradılmasının 26-cı ildönümü münasibəti ilə Hacıqabul rayonunda tədbir keçirildi20.11.2018-ci il tarixində Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibəti ilə tədbir keçirildi

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi.Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Hafiz Bəşirov açdı.Azərbaycanın Dövlət Himni səsləndirildi. Hafiz Bəşirov Partyiyanın keçdiyi şərəfli yol barədə geniş məruzə ilə çıxış etdi. SonraYAP rayon təşkilatının sədr müavini, rayon Ziyalılar Cəmiyyətinin sədri Şükür Məmmədov, Partiya veteranı Sahib Aslanov, rayon Mərkəzi xəstəxanasının həkimi Aynur Qasımzadə, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələsgərov, YAP rayon təşkilatı qadınlar şurasının sədr müavini Aytən Zülfəliyeva, rayon İcra Hakimiyyətinin I müavini Əslan Səmədov geniş məruzə ilə çıxış etdilər. Tədbirin sonunda partiyaya yeni qəbul olmuş üzvlərə vəsiqələr verildi. Bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edildi.

Aytən Zülfəliyeva,Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru