BolgeXeber.Com » İdman » Azərbaycan millisi Kosovoya böyük hesabla uduzdu - VİDEO

Azərbaycan millisi Kosovoya böyük hesabla uduzdu - VİDEO

21-11-2018, 10:32
Oxunub: 3 840 Azərbaycan millisi  Kosovoya böyük hesabla uduzdu - VİDEOAzərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxıb

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olub.
Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).
Beləliklə, bu oyunadək Kosovo yığması hazırda 11 xalla 1-ci pillədə, Azərbaycan 9 xalla ikinci pillədə qərarlaşmışdı. Bununla da hər iki komandanın C Liqasına və “play-off”a yüksəlmək şansı var idi. Kosovoya 1 xal bəs edirdisə, millimiz səfərdə mütləq qalib gəlməli idi. Lakin millimiz bu vəzifənin öhdəsindən gələ bilməyib. 0:4 hesabı ilə yenilən komandamız Millətlər Liqasının ilk mövsümünü 2-ci pillədə başa vurub.
UEFA Millətlər Liqası
D liqası, III Qrup
VI tur
20 noyabr
23.45 Kosovo – Azərbaycan 4:0
Qollar: Arber Zeneli, 2; 50; 76. Amir Rrahmani, 61.
Kosovo: 12. Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Milot Raşika (22. Edon Yegrova, 74), 10. Arber Zeneli, 13. Amir Rrahmani, 14. Valon Berişa (k) (8. Besar Halimi, 85), 15. Mergim Voyvoda, 17. Kololi, 18. Vedat Muriqi (21. Atdhe Nuhiu, 69).
Ehtiyat oyunçular: 1. Samir Uykani, 16. Visar Bekay, 2. Arbenit Xhemayli, 4. İdriz Voka, 9. Bersant Tselina, 11. Donis Avdiyay, 19. Leart Pakyarada, 20. Mirlind Kryeziun, 23. Lirim Kastrati.
Baş məşqçi: Qurban Qurbanov.
Azərbaycan: 23. Səlahat Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev (10. Ruslan Qurbanov, 71), 13. Dmitri Nazarov, 16. Rüfat Dadaşov (22. Əfran İsmayılov, 46), 17. Mahir Mədətov (3. Ürfan Abbasov, 63), 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov.
Baş məşqçi: Bernard Şalland.
Sarı vərəqələr: Fidan Aliti, 59 – Dmitri Nazarov, 11. Araz Abdullayev, 45. Təmkin Xəlilzadə, 60.
Hakimlər: Benua Miyo, Medi Ramuni, Bertran Juannu, Dördüncü hakim: Benjamen Pajes (Fransa).
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed (Fransa).
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya).
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya).
Priştina. “Fadil Vokrri” stadionu.

Priştina. “Fadil Vokrri” stadionu.
1 Kosova 6 4 2 0 15:2 14
2 Azərbaycan 6 2 3 1 7:6 9
3 Faror adaları 6 1 2 3 5:10 5
4 Malta 6 0 3 3 5:14 3